İdman

499-cu oyunda 300-cü qələbə - VİDEO

23 Dekabr 2020 12:34
Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Atletiko" klubu baş məşqçisi Dieqo Simeonenin rəhbərliyi altında 300-cü qələbəsini qazanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu, La Liqanın XV turunda baş verib.

"Real Sosyefad" üzərində qələbə mütəxəssis üçün yubileylə əlamətdar olub. Simeone 300-cü qələbəni 499-cu oyununda qazanıb.

50 yaşlı argentinalı "Atletiko"da 300 və daha çox qələbə qazanan 2-ci mütəxəssisdir. Luis Araqones 300-cü uğuru 587-ci matçda əldə edib.

Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nun baş məşqçisidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.