İdman

Bundesliqa tarixində ən gənc qolçu

19 Dekabr 2020 14:04
Baxış: 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Bundesliqasının XIII turunda "Union"un qonağı olan Dortmund "Borussiya"sı 1:2 hesabı ilə məğlub olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, qonaq komanda uduzsa da, hücumçusu Yussufa Mukoko üçün görüş əlamətdar olub.

Start heyətində meydana daxil olan və sona qədər əvəzlənməyən Kamerun əsilli forvard dortmundluların təsəlli qoluna imza ataraq, tarixə düşüb. Çünki 16 yaşlı Mukoko Bundesliqa tarixində fərqlənən ən gənc futbolçu ünvanına yiyələnib.

Qeyd edək ki, bu nəticədən sonra "Borussiya" aktivində 22 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.