İdman

“Fənərbaxça” braziliyalı futbolçu gətirir

18 Dekabr 2020 15:54
Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İstanbul təmsilçisi İngiltərə "Çelsi"sinin sabiq futbolçusu Ramiresin transferində maraqlıdır.

Son klubu Braziliya "Palmeyras"ı olan 33 yaşlı mərkəz yarımmüdafiəçisi ötən ay komandasından ayrılıb. Həmin vaxtdan azad agent statusuna malik olan Ramires bir müddət əvvəl digər Türkiyə təmsilçisinin maraq dairəsinə düşmüşdü. "Trabzonspor"un keçidini reallaşdıra bilmədiyi cənubi amerikalının "Fənərbaxça"yla anlaşması daha real hesab olunur.

Qeyd edək ki, 2010-16-cl illərdə "Çelsi"nin şərəfini qoruyan Ramires sonradan Çinə yollanıb, ötən il isə vətəninə qayıdıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.