"Sivasspor"un baş məşqçisi Rıza Çalımbay koronavirusdan sağalıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə türk mütəxəssis özünün "Tvitter" hesabında yazıb.
Qeyd edək ki, Rıza Çalımbay Türkiyə Superliqasında "Trabzonspor", Avropa Liqasında "Vilyarreal" və "Makkabi" (Təl-Əviv) ilə görüşlərdə komandanın başında yer almamışdı. O, Türkiyə kubokunda "Giresunspor"lə matçda texniki zonada olacaq.
Xatırladaq ki, "Sivasspor" Avroliqanın qrup mərhələsində bu mövsüm "Qarabağ"ın rəqiblərindən olub.
Milli.Az