İdman

"Bavariya"dan əzmkar qələbə, "Bayer"dən darmadağın - VİDEO

17 Dekabr 2020 10:50
Baxış: 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Bundesliqasında 12--ci tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Bavariya" öz meydanında "Volfsburq"u qəbul edib. Bu mövsüm Bundesliqada məğlubiyyət üzü görməyən qonaqların uğurlu seriyası Münhen səfərində qırılıb. "Bavariya" əzmkar qələbə qazanıb - 2:1.

Lider "Bayer" isə "Köln"ün qonağı olub. Rəqibini darmadağın edən leverkuzenlilər zirvədəki mövqeyini qoruyub.

16 dekabr

Almaniya Bundesliqası, 12-ci tur

"Şalke" - "Frayburq" - 0:2
Qollar: Sallai, 50, 68

"Arminiya" - "Auqsburq" - 0:1
Qol: Quveleu, 85

"Bavariya" - "Volfsburq" - 2:1
Qollar: Levandovski, 45+1, 50 - Filipp, 5

"Köln" - "Bayer" - 0:4
Qollar: Veiser, 8, Diabi, 10, Şik, 54, Virtz, 59

"Hoffenhaym" - "Leypsiq" - 0:1
Qol: Poulsen, 60

Bu nəticələrdən sonra "Bayer" 28 xalla liderdir. "Bavariya" və "Leypsiq" 27 xalla 2-ci, 3-cü yerləri bölüşürlər. Dortmund "Borussiya"sı 22 xalla 4-cü, "Volfsburq" 21 xalla 5-cidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.