İdman

Azərbaycanlı dünya çempionu erməni güləşçiyə 9:0 hesabı ilə qalib gəlib

13 Dekabr 2020 15:25
Baxış: 1 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, Azərbaycan millisinin güləşçisi yarışın ikinci gününə uğurla başlayıb.

Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyana qalib gəlib. O, rəqibini 9:0 hesabı ilə məğlub edib. Təmsilçimiz bununla da bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla (Qırğızıstan) güləşəcək. Medal görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. 

Qeyd edək ki, Eldəniz 1/8 finalda Sebastyan Kolompara (Serbiya) 9:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda Emin Seferşayevə (Rusiya) uduzub - 1:9. Rəqib finala çıxdığından təmsilçimiz medal uğrunda mübarizəni davam etdirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.