İdman

Petr Çex meydana qayıdır

13 Dekabr 2020 17:54
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiya millisinin sabiq qapıçısı Petr Çex yenidən meydana çıxa bilər.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, hazırda "Çelsi"nin texniki müşaviri olan 38 yaşlı veteran London təmsilçisinin əvəzedici komandasında şans qazanmaq imkanı əldə edib.

Klubun U-23 komandası sabah "Tottenhem"lə keçiriləcək görüşdə qapıçı problemi ilə üzləşib. Əsas qolkiper Lukas Berqstryom dünən U-18-in heyətində meydana çıxıb. Onun əvəzləyicisi Karlo Jiqer isə əsas komandanın hazırlıqlarında iştirak edir. Bu üzdən də karyerasını ötən il başa vuran, amma bu ilin oktyabrında adı əsas komandanın iştirak ərizəsinə daxil edilən Çexin əvəzedicilərin heyətində meydana çıxması zərurəti yaranıb.

Qeyd edək ki, Çex 2004-15-ci illərdə "Çelsi"də oynayıb. O, bu müddətdə 15 titul, o cümlədən Çempionlar Liqası və 4 Premyer Liqa çempionluğu qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.