İdman

Güləşçimiz erməni rəqibini məğlub etdi

12 Dekabr 2020 18:03
Baxış: 1 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın yunan-Roma güləşçisi İslambek Dadov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yükləsib.

Milli.Az Azərbaycan Güləş Federasiyasının saytına istinadən bildirir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Ermənistan təmsilçisi Slavik Qalstyanla üz-üzə gəlib. Qarşılaşma Dadovun qələbəsi ilə yekunlaşıb. O, 1/8 finalda Nilton Qarsiyanı (Peru), təsnifat mərhələsində isə Ruben Marvikeni (İtaliya) məğlub edib.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

55 kq-dakı Eldəniz Əzizli 1/4 finalda, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) 1/8 finalda, Sənan Süleymanov isə təsnifat mərhələsində uduzub. Onlar rəqibləri finala çıxacağı təqdirdə təsəlliverici görüşdə iştirak edəcəklər.

Qeyd edək ki, Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.