İdman

PSJ Neymarın satış qiymətini müəyyənləşdirdi

12 Dekabr 2020 13:41
Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ futbolçusu Neymarın satış qiymətini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub prezidenti Nasser Əl-Xəlafi bu barədə qərar verib. Paris təmsilçisi Neymarı 100 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Bundan əlavə, rəhbərlik Neymarla müqavilənin müddətinin uzadılması üçün danışıqlar aparsa da, irəliləyiş əldə etməyib. Braziliyalı oyunçunun hazırkı sözləşməsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında "Barselona"dan 222 milyon avro qarşılığında keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.