İdman

“Beşiktaş”da daha bir koronavirusa yoluxma

12 Dekabr 2020 11:55
Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Beşiktaş" klubunda növbəti koronavirusa yoluxma qeydə alınıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Super Liqanın XII turunun "Alanyaspor"la dekabrın 13-də keçiriləcək oyunu ərəfəsində test verən İstanbul klubunda bir futbolçuda infeksiya aşkarlanıb.

Testi müsbət nəticə verən oyunçunun adı açıqlanmır. Klubun yaydığı açıqlamada bildirilir ki, bu futbolçu karantinə alınıb və bütün protokol qaydalarına əməl olunur.

Qeyd edək ki, cari mövsümdə "Beşiktaş"ın 10 futbolçusu, həmçinin prezidenti Ahmet Nur Çebi və baş məşqçisi Sərgən Yalçın da infeksiyaya yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.