İdman

Rəmzini itirdi

12 Dekabr 2020 08:53
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Bursaspor" klubunun rəmzlərindən sayılan İsmail Emil vəfat edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Küçük İsmail" ləqəbi ilə tanınan sabiq futbolçu 69 yaşında dünyasını dəyişib.

O, uzun sürən xəstəlikdən sonra vəfat edib. İsmail Bursa təmsilçisinin tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmasında vurduğu qolla pay sahibi olub. 1973/74 mövsümündə Türkiyə kubokunda "Beşiktaş"ın qapısına yol tapan Emil komandasını finala və avrokuboklara daşıyıb.

Qeyd edək ki, İsmail 1971-75-ci illərdə "Bursspor"da oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.