İdman

İspaniyada final matçına azarkeşlər də buraxılacaq

6 Dekabr 2020 13:44
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya Kubokunda 2019/20 mövsümünün final oyunu azarkeşlərlə keçiriləcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, koronavirus pandemiyası səbəbindən təxirə salınan matça tamaşaçıların buraxılması planlaşdırılır.

Avqustda "Atletik"lə "Real Sosyedad" arasında keçirilməli olan həlledici qarşılaşmanın boş tribunalar önündə olmasına adıçəkilən klublar razılıq verməmişdilər. İspaniya Kral Futbol Federasiyası 2021-ci il aprelin 4-də və ya 18-də Sevilyada baş tutması gözlənilən görüşə tamaşaçıları buraxacaq. Bu isə martda tətbiq edilən qadağadan sonra azarkeşlərlə oynanılacaq ilk görüş olacaq.

Qeyd edək ki, federasiya İspaniya Kral Kubokunun 2020/21 mövsümünün final görüşünün də Sevilyada təşkilini nəzərdən keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.