İdman

FİFA-dan bütün 211 assosiasiyaya Maradona ilə bağlı müraciət

28 Noyabr 2020 08:33
Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA özünün bütün 211 assosiasiyasına əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini bir dəqiqəlik sükutla anmağı xahiş edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı federasiyanın bəyanatında bildirilir:

"Futbol dünyası Dieqo Armando Maradonanın ölümünə ağlayır, buna görə FİFA bu gün 211 assosiasiyaya, yarışların təşkilatçılarına qarşıdakı istirahət günlərində hər matçda sükut dəqiqəsi ilə anmaqla bağlı müraciət etdi".

Qeyd edək ki, Maradona noyabrın 25-də 60 yaşlı sabiq futbolçunun ürək tutmasından ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.