İspaniyanın "Sevilya" klubunun qapıçısı Yassin Bunu koronavirusa yoluxub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Mərakeş yığmasının düşərgəsindən dönən futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən də o, karantinə alınıb.
Bu gün baş tutacaq "Selta" ilə La Liqa matçı üçün sifariş olunmayan Bunu, noyabrın 24-də baş tutacaq Rusiya "Krasnodar"ı ilə UEFA Çempionlar Liqası matçında da iştirak etməyəcək.
Milli.Az