İdman

Ronaldu Xavini geridə qoydu

18 Noyabr 2020 18:33
Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya yığmasının Millətlər Liqasının VI turunda Xorvatiya ilə oyunu (3:2) komandanın ulduz futbolçusu Kriştianu Ronaldu üçün əlamətdar olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 35 yaşlı forvard Kriştianu Ronaldu milli komandada 101-ci qələbəsini qazanıb. O, bu göstərici üzrə İspaniya yığmasının keçmiş oyunçusu Xavini (100 qələbə) geridə qoyaraq, bu göstərici üzrə 3-cü yerə yüksəlib.

Ronaldu İspaniya yığmasının iki oyunçusu - Serxio Ramos (129) və İker Kasilyasdan geri qalır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.