İdman

İbrahim Şehiç koronavirusa yoluxdu

18 Noyabr 2020 17:33
Baxış: 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bosniya və Herseqovina millsinin qapıçısı İbrahim Şehiçdə koronavirus aşkarlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Milli komandanın üzvləri UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda İtaliya ilə oyundan öncə koronavirus testindən keçirilib. Onların arasında yalnız İbrahim Şehiçin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən "Konyaspor"un qolkiperi millinin heyətindən çıxarılıb.

Xatırladaq ki, İbrahim Şehiç 2013-2018-ci illər aralığında "Qarabağ"da çıxış edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.