Misir millisinin və "Arsenal"ın futbolçusu Məhəmməd El-Nenni koronavirusa yoluxub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçidən yığmanın Afrika Millətlər Kubokunun Toqo ilə matçından əvvəl test nümunələri götürülüb və onda COVİD-19 aşkarlanıb. Oyunçu dərhal təcrid olunub.
Bu səbəbdən Əl-Nenni Toqo ilə görüşü buraxmaqla yanaşı, Premyer Liqanın 9-cu turunda "Lids Yunayted"lə qarşılaşmada da iştirak etməyəcək.
Qeyd edək ki, Misir - Toqo matçı bu gün, "Arsenal" - "Lids Yunayted" oyunu isə 22 noyabrda (Bakı vaxtı ilə 20:30) keçiriləcək.
Milli.Az