İdman

Azərbaycanı tərk edir - “Keşlə” və “Zirə”nin futbolçuları

5 Noyabr 2020 12:54
Baxış: 1 528
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda legioner həyatı yaşayan daha iki futbolçu milli komandasına dəvət alıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Zirə"nin müdafiəçisi Ali Sesay və "Keşlə"nin yarımmüdafiəçisi Con Kamara Syerra Leone millisinin qarşıdakı matçlarında iştirak edə biləcək.

Sesayla Kamara Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya ilə keçiriləcək oyunlarda baş məşqçi Con Keysterin sərəncamında olacaqlar. Qrupun III və IV turu çərçivəsində baş tutacaq matçlar noyabrın 9-da və 17-də olacaq.

Qeyd edək ki, L qrupunda yer alan Syerra Leone yığması 2 turdan sonra aktivindəki 1 xalla qrup sonuncusudur.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.