İdman

"Mançester Siti"dən Messiyə yeni təklif

3 Noyabr 2020 16:25
Baxış: 1 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti" "Barselona"nın kapitanı Lionel Messiyə müqavilə təklif etməyə hazırlaşır.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Bildirilib ki, İngiltərə təmsilçisi 2021-ci ilin yanvarında argentinalı hücumçuya təklif göndərəcək. Həmin vaxt 35 yaşlı oyunçunun Kataloniya klubu il müqaviləsinin bitməsinə 6 ay qalacağı üçün o, digər klublarla danışıqlara başlaya biləcək.
 
"Mançester Siti" isə "Barselona"da sabiq prezident Xosep Bartomeunun və direktorlar şurasının istefasından sonra klubda olan qeyri-müəyyənlikdən istifadə edərək, Messini bu transferə inandırmaq istəyir.
 
Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edir. 

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.