İdman

“Barselona”da müvəqqəti prezident

29 Oktyabr 2020 08:18
Baxış: 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xosep Maria Bartomeunun istefasından sonra "Barselona"ya müvəqqəti rəhbərlik edəcək şəxsin kimliyi bəlli olub.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, növbəti prezident seçkisi keçirilənə qədər Kataloniya klubuna Karles Tuskets rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tuskets buna qədər "Barselona"da iqtisadi komitəyə rəhbərlik edirdi.
 
Tuskets və onun formalaşdırdığı idarə heyəti uzağı 3 ay kluba rəhbərlik etmək səlahiyyətinə malikdir.
 
Qeyd edək ki, "Barselona"da növbəti prezident seçkiləri gələn ilin martında keçirilməli idi. Lakin Bartomeunun istefasına görə seçki daha tez təşkil oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.