İdman

“Qarabağ”ın məğlubiyyəti İsraili yüksəltdi - UEFA reytinqi

23 Oktyabr 2020 12:19
Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Avropa Liqasının qrup mərhələsinin I turundan sonra cədvəldə bəzi dəyişikliklər olub.

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ" İsraildə "Makkabi"yə uduzduğundan ölkəmizin əmsalı dəyişməz qalıb. Hesabında 16,625 xal olan Azərbaycan 26-cı pillədə qalıb.

Təl-Əviv təmsilçisinin qələbəsi İsrailin irəliləməsi ilə nəticələnib. Bu ölkə Çexiyanı arxada qoyaraq 20-ci sıraya qalxıb.

Qardaş Türkiyənin də mövqeyi dəyişib. "Sivasspor"un "Vilyarreal"a uduzması qonşu ölkənin geriləməsi ilə nəticələnib. Qonşularımız artıq 13-cü yerdədir. "Reyncers"in qələbəsi Şotlandiyanın irəliləməsi üçün yetərli olub.

Daha bir dəyişiklik İsveçrənin 17-ci pilləyə qalxmasıdır. Mərkəzi avropalılar yenidən Yunanıstanı keçib.

Qeyd edək ki, cədvəlin ilk pilləsində 82,569 xala malik İspaniya qərarlaşıb. İngiltərə 2-ci, İtaliya 3-cü sıradadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.