İdman

"Atletiko" ilə oyundan əvvəl ikinci dəfə ata oldu

22 Oktyabr 2020 17:29
Baxış: 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bavariya"nın futbolçusu Jozua Kimmix Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Atletiko" ilə oyuna (4:0) əlavə motivasiya ilə çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu çərşənbə axşamı  ikinci dəfə ata olub. Onun sevilgilisi Lina Meyer qız övladlarını dünyaya gətirib.

Kimmix "Atletiko" ilə görüşdə start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 28-ci dəqiqədə qol ötürməsi verib.

Qeyd edək ki, Meyer və Kimmix 2013-cü ildə Leyptsiqdə tanış olublar və 2015-ci ildən sevgilidirlər. Onların 2019-cu ildə ilk övladları dünyaya gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.