İdman

"Barselona" jurnalisti Fatiyə görə məhkəməyə verir

22 Oktyabr 2020 16:10
Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçusu Ansu Fati İspaniyada bir jurnalistin irqçi ifadəsinə məruz qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Ferentsvaroş"a 5:1 hesabı ilə qalib gəldikləri matçda 1 qol vurub və 1 qolun ötürməsini verən 17 yaşlı hücumçu ilə bağlı ABC qəzetində görüşü şərh edən jurnalist Salvador Sostres bu sözləri yazıb:

"Ansu bir ceyran kimi qaçır. Qrasia küçəsində polisdən qaçarkən su satdığını söyləyən qara uşaqlar kimi qaçır".

"Mundo Deportivo" nəşri yazıb ki, "Barselona" buna görə ABC nəşrini və jurnalisti məhkəməyə verəcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.