İdman

"Makkabi"nin koronavirusa yoluxan futbolçusu sağaldı

21 Oktyabr 2020 20:46
Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Makkabi"nin (Təl-Əviv) koronavirusa yoluxmuş futbolçusu Enrix Saboritin durumuna aydınlıq gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təxminən bir ay əvvəl koronavirus infeksiyasına yoluxan 28 yaşlı sol cinah müdafiəçisindən götürülən son test nümunələrinin cavabı neqativ çıxıb. Saboritin artıq tamamilə sağaldığı müəyyən olub.

Baş məşqçi Yorqos Donis şans verəcəyi təqdirdə ispaniyalı futbolçu Ağdam təmsilçisinə qarşı oyanacaq.

Qeyd edək ki, sabah Təl-Əvivdə keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.