İdman

"Bütün futbolçular məndən nümunə götürür" - İbrahimoviç

19 Oktyabr 2020 19:04
Baxış: 1 128

Milan" 4 il idi ki, derbini qazana bilmirdi. İki həftə evdə qaldım və oynamaq üçün səbirsizlənirdim. Nə olur olsun, bu oyuna çıxmalı idim.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Milan"ın futbolçusu Zlatan İbrahimoviç A Seriyasının 4-cü turunda "İnter"ə qalib gəldikləri oyunu (2:1) şərh edərkən deyib.

Derbidə dubl edərək komandasına qələbə qazandıran 39 yaşlı hücumçu İtaliya mətbuatına açıqlamasında "Milan"ın futbolçularına nümunə olduğunu bildirib: "Komandanın ən yaşlı futbolçusuyam, daha çox məsuliyyət hiss edirəm. Bu hissi sevirəm, çünki bütün futbolçular məndən nümunə götürür".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.