İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
""Neftçi"nin çıxışından 70-80 faiz razıyam"
30 Dekabr 2011 16:39
0 Şərh
Baxış: 1 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi"nin əvəzecici heyətinin baş məşqçisi Elşad Əhmədov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Əvəzedici komandaların çempionatında mövsüm ekvator xəttinə çatıb. "Neftçi" qış fasiləsinə lider qismində yollandı. Amma biz istərdik bir qədər əvvələ qayıdaq. Başlayaq komandaya gəlişinizdən.
- "Neftçi"yə mövsümün əvvəlində gəldim. Belə bir iddialı klubda çalışmağın çətin, eyni zamanda məsuliyyətli olduğunu anlayırdım. Çünki "Neftçi" üçün həmişə ən yaxşısını etməlisən. Burada yerində saymaq olmaz. Daim inkişaf və dinamika var. "Neftçi"də çalışdığım müddətdə başqa klublar da iş təklifi etdilər. Amma gəlin müqayisə edək, görək harada rəhbərlik yerli gənc futbolçulara belə diqqət və qayğı göstərir? Məhz bu diqqət və tələbkarlıq uğurlu nəticələrə gətirib çıxarır.
- Sizinlə yanaşı, komandaya yeni məşqçi köməkçiləri də cəlb olundu.
- Səttar Əliyevlə Vitali Kovalyov öz işlərini peşəkar şəkildə görən insanlardır. Hər ikisi vaxtilə futbolçu olub və bu işin incəliklərini bilirlər. Əsası odur ki, biz komanda ətrafında yumruq kimi birləmişik. Qarşıya qoyulan məqsədə doğru da birlikdə addımlayırıq.
- Mövsüm başlayandan "Neftçi"nin əvəzedici heyəti keçirdiyi 18 oyundan 40 xal toplayıb və hazırda turnir cədvəlinə inamla başçılıq edir. Yəqin ki, baş məşqçi kimi bu vəziyyət sizi qane edir.
- "Neftçi" həmişə qələbə, birincilik üçün oynayan komanda olub. Bura gələn heç bir məşqçi, digər yerlər haqqında düşünə bilməz. Komandanın çıxışından 70-80 faiz razıyam. Bizi yaxşı mənada təəccübləndirən o oldu ki, rəhbərlik "Neftçi"də əsas və əvəzedici komandaları bir-birindən ayırmır. Yəni əvəzedici komanda anlayışı yoxdur. Gənc futbolçular əsas heyətin potensial üzvləri sayılırlar. Əsas məqsədimiz budur ki, birinci komandaya layiqli futbolçular yetişdirək. Çempionluq isə futbolçularda qələbə ruhunu formalaşdırmaq üçündür.
- Əsas komandaya futbolçu vermək baxımından vəziyyət necədi?
- Onu deyim ki, 6-7 futbolçumuzun əsas komanda ilə birgə təlim məşq toplanışına qatılması nəzərdə tutulub. Bu namizədlərə misal olaraq Malik Babayev, Kənan Manafov, Əyyub Əliyev, Rəşad Əzizli, Elnur Soltanlı və Elşən Abdullayevin adını çəkə bilərəm. Buna qədər isə Eltun Yaqublu, Ağabala Ramazanov, Kərim Diniyev, İlham Allahverdiyev əsas komandaya cəlb olunmuşdu. Aşağı yaş qruplarından da bir neçə futbolçu götürmək niyyətimiz var, amma əvvəldən onların adlarını çəkmək istəməzdim. Çünki bu elə yaş dövrüdür ki, futbolçularda müəyyən arxayınlaşma ola bilər.
- Artıq əvəzedici heyətin 1 futbolçusu icarəyə verilib. Bildiyimizə görə digər namizədlər də var.
- "Neftçi" peşəkar bir klubdur. Burada hər addım komandanın, eləcə də futbolçuların xeyrinə atılır. Bəzi futbolçuları rəhbərlik icarə əsasında digər klublara verib. Məsələn, Tərlan Quliyevlə Nicat Qurbanovun adını çəkə bilərəm. Məqsəd onların daima inkişaf etməsi və oyun praktikasını itirməməsidir. Əvəzedici komanda məcazi mənada desək, ələk rolunu oynayır. Burada hazır olan futbolçular birinci komandaya keçir, digərləri isə icarə əsasında başqa klublarda oynayırlar.
- Qış fasiləsində hazırlıqları harada keçəcəksiniz?
- Komanda yanvarın 4-dək istirahətə buraxılıb. Tibbi müayinələrdən sonra, yanvar ayının 11-dən 21-dək Bakıda məşq edəcəyik. Yanvarın 24-dən fevralın 4-ə kimi hazırlığı ölkə xaricində davam etdirəcəyik. Yeri gəlmişkən, bu şəraiti yaratdığına görə klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. Əgər bu gün hansısa nailiyyətlərə imza atırıqsa, bu həm "Neftçi"nin, həm də ümumilikdə Azərbaycan futbolunun inkişafına xidmət edir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir