İdman

Yamaykalı hücumçu Azərbaycan klubu ilə danışıq aparır

23 Sentyabr 2020 14:57
Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Planım yenidən ölkə xaricinə getmək və ən yüksək səviyyədə oynamaqdır. Türkiyə, İran və ya Azərbaycanda çıxış etmək fikrindəyəm. Hədəfim bu ölkələrdir. Agentim bu ölkələrin bir neçə klubu ilə danışıqları davam etdirir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Yamaykanın "Humble Lions" klubunda çıxış edən "Keşlə"nin sabiq futbolçusu Andre Klennon deyib.

Yamaykalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında koronavirus pandemiyası səbəbindən hələlik xarici kluba transferinin alınmadığını bildirib: "Hər şeyin yoluna düşməsini gözləyirəm, xaricdə oynamaq həmişə mənim xəyalımdır. Hansı kluba keçsəm, hazır olmaq və formada qalmaq üçün çalışıram".

Qeyd edək ki, 2018/2019 mövsümündə "Keşlə"də çıxış edən Andre Klennon  26 oyuna 4 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.