İdman

"Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi

20 Sentyabr 2020 21:54
Baxış: 1 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün İngiltərə Premyer Liqasının ikinci turu çərçivəsində London təmsilçisi "Çelsi" "Liverpul" klubunu qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyunun 45+1-ci dəqiqəsində "Çelsi"nin oyunçusu A.Kristensen qırmızı vərəqə alaraq meydançadan qovulub.

İkinci hissədə "Liverpul"un oyunçusu Sadio Mane dubl edərək (50 və 54-cü dəqiqələr) komandasına qələbə qazandırıb.

İngiltərə Premyer Liqasının iki turundan sonra "Liverpul" 6 xalla ikinci pillədə, "Çelsi" isə 3 xalla 10-cu pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.