İdman

"Messini transfer etməyə çalışmamışam" - Qvardiola

19 Sentyabr 2020 10:04
Baxış: 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın futbolçusu Lionel Messi haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o,  argentinalı hücumçunu "Barselona" rəhbərliyi ilə problem yaşadığı vaxt transfer etməyi düşünmədiyini deyib: "Messini transfer etməyə çalışmadım. Çünki bizim o mövqedə yetərli oyunçularımız var. Messi ilə bağlı söyləməli olduğum bir şey yoxdur. Leo özünü çox yaxşı ifadə etdi. O, mənim sevdiyim komanda olan "Barselona"nın oyunçusudur. Messinin gələcək üçün planlarının nə olduğunu bilmirəm. Mən "Barselona"da belə oyunçularla çalışdığım üçün şanslıyam".

Qeyd edək ki, Messi bu ay "Barselona"dan ayrılmaq istəsə də, klub rəhbərliyi onunla müqaviləni ləğv etməmişdi. 33 yaşlı oyunçunu "Mançester Siti"nin transfer etmək istədiyi iddia olunurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.