İdman

Superliqa klubunun transfer qadağası ləğv olundu

11 Sentyabr 2020 12:34
Baxış: 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Ankaragücü" klubuna tətbiq olunan transfer qadağası ləğv olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin prezidenti Fatih Mert sosial şəbəkə hesabında məlumat yayıb.

Ötən mövsümün əvvəlində Erto Tomas və Alessio Çerçi ilə yollarını ayıran "Ankaragücü" onlara olan borcunu ödəməmişdi. Buna görə hər iki legioner klubdan şikayət etmiş və Ankara təmsilçisinə transfer qadağası qoyulmuşdu. Artıq Erto və Çerçi ilə razılıq əldə olunub və transfer qadağası aradan qaldırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.