İdman

Norveç çempionatı dayandırıldı

10 Sentyabr 2020 19:44
Baxış: 1 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kişilər arasında futbol üzrə Norveç liqası dayandırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda Norveç Futbol Federasiyasının (NFF) saytı məlumat yayıb. Bu qərar koronavirus pandemiyası səbəbindən qəbul edilib. NFF prezidenti Terye Svendsen bildirib ki, 2020-ci ilin sonuna kimi Norveç çempionatı dayandırılır. "İkinci Dünya müharibəsindən sonra normal yarış keçirmək mümkün deyil" - deyə o vurğulayıb.
 
Qadınlar arasında ölkə çempionatı isə davam etdiriləcək.

Qeyd edək ki, Norveçdə bu mövsüm 16 turun matçları keçirilmişdi.

Xatırladaq ki, bu ölkənin son çempionu "Mölde" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.