İdman

Vidal "İnter"lə müqaviləni razılaşdırdı

6 Sentyabr 2020 13:04
Baxış: 858
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Barselona"nın futbolçusu Arturo Vidalın yeni klubu məlum olub.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "İnter"lə razılığa gəlib. A Seriya təmsilçisi çilili oyunçu ilə 2+1 illik müqaviə imzalamağa hazırlaşır. Futbolçu "İnter"də illik 6 milyon avro və əlavə bonuslar qazanacaq.

Bundan əlavə Vidal "Barselona" ilə müqaviləyə xitam verməzdən əvvəl "İnter"dən 2-3 milyon avro məbləğində bonus ödəmələrini xahiş edir.

Qeyd edək ki, A.Vidal 2018-ci ildən Kataloniya klubunda oynayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.