İdman

İtaliya millisində ciddi itki

3 Sentyabr 2020 19:14
Baxış: 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un və İtaliya millisinin üzvü Federiko Bernardeski zədələnib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Sol budunun əzələsindən zədələnən 26 yaşlı yarımmüdafiəçi, 15 gün yaşıl meydanlardan kənarda qalacaq. Bu müddətdən sonra o, yenidən tibbi müayinədən keçiriləcək. Bernardeski İtaliya millisinin UEFA Millətlər Liqasında sentyabrın 4-də Bosniya və Herseqovina və üç gün sonra Niderlandla keçirəcəyi oyunları buraxmalı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.