İdman

Millidə De Byazi ilə futbolçular arasında ilk narazılıq yaşandı

3 Sentyabr 2020 17:55
Baxış: 1 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq millinin avqustun 27-dən başlayan toplanışı davam edir.

Milli.Az Sportinfo.az-a istinadən bildirir ki, artıq düşərgədə ilk narazılıq yaşanıb. Əksər futbolçular Canni De Byaziyə keçdiyi məşqlərdən şikayətlənib. Gündə 2 məşqə çıxan oyunçular həddən artıq "yüklənməyə" məruz qaldıqlarını və buna dözməyin çətin olduğunu bildirib.

Klubların heyətində Qəbələ toplanışı zamanı bu çalışmaları yerinə yetirdiklərini söyləyən komanda üzvləri Lüksemburqla matç öncəsi hazırlıq tempinin aşağı salınmasını istəyib. Amma italyan mütəxəssis bu xahişə məhəl qoymayıb. O, məşq proqramını fəsil və rəqibə uyğun tərtib etdiyini deyib.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasındakı ilk oyunlarını sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə səfərdə Kiprə qarşı keçirəcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.