İdman

“Arsenal”dan yeni transfer

2 Sentyabr 2020 15:50
Baxış: 1 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Arsenal" klubu heyətinə yeni futbolçu cəlb edib. London təmsilçisi Fransanın "Lill" klubunun müdafiəçisi Qabrieli transfer edib.

Milli.Az qafqazinfo.az-a istinadən bildirir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Qabriel yeni komandasında "6" nömrəli formanı geyinəcək.

Britaniya mətbuatı isə "Arsenal"ın 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzaladığını və 26 milyon avro təzminat ödədiyini yazıb. "Topçular" daha 4 milyon avro da bonus halında ödəməlidir.

Karyerasına ölkəsinin "Avai" klubunda başlayan Qabriel, 2017-ci ildə "Lill"ə transfer edilib. O, Fransanın "Trua", Xorvatiyanın "Dinamo" (Zaqreb) klublarında icarədə də oynayıb. Qabriel ötən mövsüm "Lill"in heyətində 34 oyuna çıxıb, 1 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.