İdman

Pandemiya dövründə UEFA oyununda bir ilk

28 Avqust 2020 16:18
Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bavariya" (Almaniya) və "Sevilya" (İspaniya) arasında Budepeştdə keçiriləcək Avropa superkubokunun oyununu 20 min 100 azarkeş tribunadan izləyə biləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bu, koronavirus pandemiyası dövründə UEFA bayrağı altında keçirilən matça azarkeşlərin buraxılacağı ilk görüş olacaq. Qarşılaşmanın keçiriləcəyi "Ferens Puşkaş" stadionunun 67 min tamaşaçı tutumu var. UEFA-nın qərarına əsasən, görüşə arenanın tutumunun 30 faizə qədər fanat buraxılacaq. Klubların hər biri azarkeşlərinə satmaq üçün UEFA-dan 3 min bilet alacaq. Digər 14 min 10 bilet isə satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.