İdman

FİFA İnfantino ilə bağlı araşdırmaların nəticəsini açıqladı

20 Avqust 2020 14:57
Baxış: 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FİFA-nın İstintaq Palatası qurumun prezidenti Canni İnfantino ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Etika Komitəsi İtaliya əsilli isveçrəli funksionerin fəaliyyətində hər hansı pozuntu aşkarlamayıb.

Daha əvvəl İsveçrə Federal Məhkəməsi İnfantino ilə bağlı araşdırmalara başlayıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham olunur.

Qeyd edək ki, İnfantino 2016-cı ildə FİFA prezidenti seçilib. O, çoxsaylı korrupsiya qalmaqallarından sonra istefaya göndərilən Yozef Blatteri əvəzləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.