İspaniyanın "Barselona" futbol klubu rəsmi saytında baş məşqçi Kike Setyenin vəzifəsindən azad edilməsini açıqlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bundan əvvəl Setyenin vəzifəsindən getməsi barədə klubun prezidenti Xosep Bartomeu bildirmişdi.
Qeyd olunur ki, yeni rəhbərin adı bir neçə gün ərzində açıqlanacaq.
"Mundo Deportivo" xəbər verib ki, əsas namizəd hollandiyalı Ronald Kumandır.
Milli.Az