İdman

"Messiyə o nəzarət edəcək" - "Bavariya" rəhbəri

14 Avqust 2020 14:13
Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın İdarə Heyətinin sədri Karl-Hayns Rummenigge Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə keçiriləcək matçla bağlı fikirlərini bölüşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, klub rəhbəri rəqibin kapitanı Lionel Messinin meydanda zərərsizləşdiriləcəyini düşünür.

O, bu vəzifəni sol cinah müdafiəçisi Alfonso Devisin yerinə yetirəcəyinə əmindir: "Devis əla mövsüm keçirdi və layiqli şəkildə Bundesliqanın ən yaxşı debütantı seçildi. Messi sağ cinahda oynayırsa, ona Alfonso nəzarət edəcək. Onun üçün çətin, amma maraqlı tapşırıq olacaq. Devis bu mövsüm rəqiblərinə nə yenildi, nə də aldandı".

Qeyd edək ki, avqustun 14-də Portuqaliyada keçiriləcək "Barselona" - "Bavariya" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.