İdman

“Feyenoord”un daha bir futbolçusu koronavirusa yoluxub

11 Avqust 2020 16:04
Baxış: 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Feyenoord"un daha bir futbolçusu koronavirusa yoluxub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə Niderland klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Oyunçunun adı açıqlanmayıb. Ancaq onun "Sparta" ilə yoxlama görüşündə iştirak etdiyi bildirilir. Həmin futbolçunun ötən həftəsonu testdən keçdiyi və cavabının neqativ çıxdığı vurğulanıb. "Feyenoord" rəhbərliyi yoluxma ilə bağlı "Sparta"nı da artıq məlumatlandırıb.

Qeyd edək ki, avqustun 7-də "Feyenoord"un bir futbolçusunda koronavirus aşkarlandığı açıqlanmış və həmin oyunçu karantinə alınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.