İdman

Avropa Liqasının bütün 1/4 finalçıları məlum oldu

7 Avqust 2020 06:45
Baxış: 1 550

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində son iki oyun keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İngiltərənin "Vulverhempton" klubu Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşıb. Oyun İngiltərə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 9-cu dəqiqədə meksikalı Raul Himenes vurub.

Digər qarşılaşmada İsveçrənin "Bazel" klubu Almaniyanın "Ayntraxt" klubu üzərində 1:0 qələbə qazanıb. Oyunda yeganə qolu 88-ci dəqiqədə Fabian Fray vurub.

Beləliklə, "Vulverhempton" və "Bazel" UEFA Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıblar.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.