İdman

"Kloppun iki üzü var" - Levandovski

4 Avqust 2020 18:42
Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"in futbolçusu Robert Levandovski "Liverpul"un çalışdırıcısı Yurgen Kloppu ən yaxşı baş məşqçisi hesab edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə polşalı hücumçu ESPN-ə açıqlamasında deyib. O, alman mütəxəssisin iki üzünün olduğunu bildirib:

"Kloppun bir üzü ata kimidir. O, oyunçulara çox mehriban münasibət göstərir. Digər üzü isə məşqçi kimidir. O, futbolçular üçün böyük motivasiya qaynağıdır. Bu işi mükəmməl şəkildə etməyi bacarır. Çünki harada dayanacağını bilir. Klopp təkcə əla məşqçi deyil, həm də yaxşı insandır".

Xatırladaq ki, Y.Kloppun "Borussiya"nı çalışdırdığı 2010-2014-cü illərdə R.Levandovski də Dortmund təmsilçisinin formasını geyinib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.