İdman

"Messi və Ronaldu burada qol vurmaqda çətinlik çəkər"

25 İyul 2020 15:32
Baxış: 4 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zenit"in hücumçusu Artyom Dzyubanın fikrincə, Kriştianu Ronaldy ("Yuventus") və Lionel Messi ("Barselona") Rusiya Premyer Liqasında çox qola vura bilməzlər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, rus futbolçu "Match TV"yə açıqlamasında qeyd edib:

"Bizim çempionatda 17 qol vurmaq böyük uğurdu. Sizi əminə edə bilərəm ki, Kriştianu Ronaldu və Messi burada qol yollarında çətinliklə üzləşərdilər. Bəlkə, bizdən bir az çox qol vurardılar.

Güman ki, 19-20 dəfə fərqlənərdilər, o da səviyyəcə üstün olduqları üçün... Təsəvvür edin: günorta saat iki, 40 dərəcə isti və Messi Orenburqdakı süni ot örtüyündə meydana çıxır. Bu arada, meydançanı həmişə suvarmırlar".

Dzyuba və onun komanda yoldaşı Sərdar Azmun 2019-20 mövsümündə Rusiya çempionatında 17 qolla yadda qalıblar. Əlavə göstəricilərə görə iranlı futbolçu bombardir seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.