İdman

"Liverpul" - "Çelsi" oyununda 8 qol, "Yunayted" büdrədi

23 İyul 2020 10:23
Baxış: 1 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

"Mançester Yunayted" "Vest Hem"lə ev oyununda xal itirib - 1:1. Digər görüşdə isə 31-ci turda çempionluğunu rəsmiləşdirən "Liverpul" "Çelsi"ni qəbul edib. Gərgin keçən oyunda qapılara 8 qol vurulub. Sevinən tərəf isə meydan sahibləri olub - 5:3.

22 iyul

"Mançester Yunayted" - "Vest Hem" - 1:1
Qollar: Antonio, 45+2-pen. (0:1), Qrinvud, 51 (1:1)

"Liverpul" - "Çelsi" - 5:3
Qollar: Keyta, 23. Aleksandr-Arnold, 38. Veynaldum, 43. Firmino, 55. Oskleyd-Çemberleyn, 84 - Jiru, 45+3. Abraham, 61. Pulişiç, 73

Bu nəticələrdən sonra "Mançester Yunayted" xalını 63-ə çatdırıb və 5-ci pillədən 3-cü yerə yüksəlib. Eyni xalı olan "Çelsi" 4-cüdür. 78 xalla 2-ci olan "Mançester Siti" isə artıq bu komandalar üçün əlçatmazdır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.