İdman

Araz Abdullayev “Qarabağ”dan göndərildi - RƏSMİ

20 İyul 2020 17:21
Baxış: 1 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" futbol klubu Araz Abdullayevlə yollarını ayırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müqavilə müddəti başa çatan futbolçu ilə yeni müqavilə imzalanmayıb.

"Qarabağ"da Yunanıstanın "Panionios" klubundan icarə əsasında çıxış etmiş A.Abdullayevin yenidən ölkə xaricində çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ"da daha əvvəl Nicat Mehbalıyev, Rəşad Sadıqov, Aylton Silva, Maqay Qey, Vaqner da Silva, Faysal Rerras və Miçellə yollar ayrılıb. Bunlardan Rəşad Sadıqov futbolçu karyerasını bitirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.