İdman

"Yuventus" - "Atalanta" matçında sülh

12 İyul 2020 10:01
Baxış: 1 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya A seriyasında XXXII turun mübarizəsi başlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk gündə iddialılar meydana çıxıb.

İkinci pillədəki "Latsio" avrokubokları hədəfləyən "Sassuolo"nu qəbul edib. Romalılar hesabı açsa da, qonaq komanda gözlənilmədən əzmkar qələbə qazanıb.

Paytaxtın digər klubu "Roma" "Breşiya" səfərində 3 xalı 3 cavabsız qolla əldə edib.

Turun mərkəzi oyunu Turində baş tutub. Lider "Yuventus" 3-cü yerdə qərarlaşan "Atalanta"nı qəbul edib. Əla formada olan və A seriyasının bərpasından sonra keçirdiyi ardıcıl 6 oyunda qələbə qazanan qonaq komanda qalibiyyəti Kriştianu Ronaldunun penaltidən vurduğu 2 qol sayəsində əldən verib.

Qeyd edək ki, turun digər matçları 12-13 iyulda baş tutacaq.

İtaliya A seriyası
XXXII tur
11 iyul
"Latsio" - "Sassuolo" - 1:2
Alberto, 33 - Raspadori, 52; Kaputo, 90+1
"Breşiya" - "Roma" - 0:3
Fazio, 48; Kaliniç, 62; Zaniolo, 74
"Yuventus" - "Atalanta" - 2:2
Ronaldo, 55 (pen.), 90 (pen.) - Zapata, 16; Malinovski, 81

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.