İdman

"Qalatasaray" çempionluq şansını itirib

9 İyul 2020 08:33
Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 8-də futbol üzrə Türkiyə çempionatının XXXI turunun ikinci gün qarşılaşmasında "Qalatasaray" səfərdə "Alanyaspor"un qonağı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqiblərini 4:1 hesabı ilə məğlub ediblər. Alanya təmsilçisinin qollarını Papis Demba Sisse (43, 45), Tasos Bakasetas (89) və Mustafa Pektemek (90) vurub. İstanbul klubunun yeganə qolunu isə Adəm Böyük (45) vurub.

Beləliklə, "Qalatasaray" Türkiyə çempionluğu şansını itirib.

Günün digər "Trabzonspor" - "Antalyaspor" və "Göztəpə" - "Ankaragücü" matçlarında isə qalib müəyyənləşməyib. Hər iki oyun 2:2 hesabı ilə bitib. "Sivasspor" isə doğma meydanda "Yeni Malatyaspor"a minimal hesabla məğlub olub.

Bundan əlavə, turda iyulun 9-da "Rizəspor" - "Kayserispor", "Beşiktaş" - "Kasımpaşa", "Qaziantep" - "Konyaspor" komandaları qarşılaşacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Alanyaspor" (51 xal), "Fənərbağça" (50 xal), "Beşiktaş" (50 xal) və digər komandalar gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.