İdman

“Beşiktaş” səfərdə “Kayserispor”a məğlub olub

7 İyul 2020 08:03
Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 6-da futbol üzrə Türkiyə çempionatının XXX turunun sonuncu qarşılaşmasında "Kayserispor" "Beşiktaş"ı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə meydan sahibləri İstanbul klubunu 3:1 hesabı ilə məğlub ediblər. "Kayserispor"un heyətində 51 və 83-cü dəqiqələrdə Həsən Hüseyn Acar, 86-cı dəqiqədə isə Artem Kravets fərqləniblər. "Beşiktaş"ın yeganə qolunu isə Atiba Hutçinson vurub.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 63 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 61 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerləri "Beşiktaş" (50 xal), "Fənərbağça" (49 xal), "Alanyaspor" (48 xal) və digər komandalar tuturlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.