İdman

Yurgen Klopp: “Növbəti mövsümdə titulumuzu müdafiə etməyəcəyik, yenidən ona hücum çəkəcəyik”

1 İyul 2020 20:47
Baxış: 1 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Biz titul qazanmaq istəyindən əl çəkməməliyik".

Milli.Az apasport.az saytına istinadən əbər verir ki, bunu İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis tarixində ilk dəfə Premyer Liqanın çempionu olan mersisaydlıların gələcək iddiaları barədə danışıb. Ölkə çempionatlarındakı 30 illik həsrətə son qoyub 19-cu dəfə İngiltərə çempionu olan "Liverpul"un çalışdırıcısı maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb: "Liverpul" sadə, amma qələbələrə ac komanda kimi qalmalıdır. Bu, bizi rəqiblər üçün münasib olmayan kollektivə çevirəcək. Həyat həmişə sınaqdır. Bizim sınaq ondan ibarətdir ki, çempion olmalı və bizim nailiyyəti təkrarlamaq istəyənlərlə oynamalıyıq. "Mançester Siti", "Mançester Yunayted" və "Çelsi" növbəti mövsümdə güclü olacaq. "Tottenhem", "Arsenal" və "Lester" də sayıqlığı əldən vermir. Biz növbəti mövsümdə titulumuzu müdafiə etməyəcəyik, yenidən ona hücum çəkəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.