İdman

İngiltərə klubunun kapitanı bıçaqlandı

30 İyun 2020 21:32
Baxış: 1 525
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İngiltərənin "Derbi Kaunti" klubunun futbolçusu Andre Uizdom bıçaqlanıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Çempionşip təmsilçisinin kapitanı küçədə maşınından düşərkən bir nəfər tərəfindən bıçaqlı hücuma məruz qalıb.
 
27 yaşlı futbolçunu bıçaqlayan şəxs daha sonra ona aid əşyaları da oğurlayıb. Uizdom dərhal xəstəxanaya aparılıb. Futbolçunun durumu yaxşıdır və bir həftəyə evə buraxılacaq.
 
Qeyd edək ki, peşəkar karyerasına "Liverpul"da başlayan Uizdom, "Vest Bromviç", "Norviç Siti" və "Zalsburq" (Avstriya) klublarında da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.